AZƏRBAYCAN
Ermənisatan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ERMƏNİSTAN - AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə
ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə
ciddi təsir göstərib.
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində
təxribatları ilə başlamış
bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü ilə nəticələnib.
Sovet
İttifaqı rəhbərliyində təmsil
olunan ermənilər,
Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni
diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü
ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib.
Erməni şovinisti Z.Balayanın 1981-ci
ildə erməni dilində
Yerevanda, 1984-cü
ildə rus dilində
Moskvada çap edilmiş
“Ocaq” kitabında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi, 1987-ci
ilin noyabrında Sov.İKP MK-nın
baş katibi Mixail Qorbaçovun müşaviri
Abel Aqanbekyanın Parisdə “L’Humanité” qəzetinə müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsini dəstəkləməsi, 1987-ci ilin payızında
Yerevanda təşkil
edilmiş mitinqlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa çağırışlar, ərazi iddiaları
bu fəaliyyətin tərkib
hissələri olub.
1987-ci ilin sonlarından Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi
torpaqlarından qəddarlıqla depor- tasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın başqa
rayonlarında (Amasiya, Ararat,
İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis,
Masis, Əzizbəyov, Artaşat, Hoktemberyan, Noyemberyan və s.) və şəhərlərində (Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk,
Gümrü və s.) yaşayan azərbaycanlıların da aqibəti eyni olub. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan
216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün
Azərbaycana sığınıblar.
Azərbaycanlılar 1988-ci
ilə qədər Ermənistanda kompakt şəkildə yaşayıb
. Lakin sovet
hakimiyyəti Dağlıq Qarabağ
ərazisində yaşayan ermənilərdən fərqli
olaraq, azərbaycanlıların kompakt
məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib.
Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə
də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb
və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən
çox azərbaycanlı Ermənistan SSR əra- zisindəki tarixi
yurdlarından kütləvi surətdə
və zorakılıqla sürgün
olunub. Bu zaman minlərlə insan,
o cümlədən qocalar
və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.
1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi
Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif
mitinqlər təşkil edilib.
Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyib) vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verib.
Fevralın 21-də isə Sov.İKP MK “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarıb və bu sənəddə
Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılıb. Buna baxmayaraq, fevralın
22-də Xankəndi-Ağdam şosesində
yerləşən Əsgəran qəsəbəsi
yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına
qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə
iki azərbaycanlı gənc həlak olub.
Martın əvvəlində Dağlıq
Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan
“Qarabağ” təşkilatı Yerevanda, “Krunk”
təşkilatı isə Xankəndidə fəaliyyətə başlayıb.
İyunun 14-də Ermənistan SSR Ali Soveti
DQMV-nin Ermənistan SSR-in
tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edib. Azərbaycan SSR Ali Soveti
buna etiraz olaraq
iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in
tərkibində olmasını yenidən
təsdiq edib. İyulun 18-də
isə SSRİ Ali Sovetinin Rəyasət
Heyəti Azərbaycan SSR-in
və Ermənistan SSR-in
milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün
olmaması barədə qərar
çıxarıb. Bununla SSRİ Ali Soveti
SSRİ Konstitusiyasında
(maddə 78) təsbit
olunmuş müvafiq müddəanı
rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib.
SSRİ-nin ümumi
dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Dağlıq Qarabağda pozuculuq fəaliyyəti ilə məşğul olan,
əsasən Ermənistandan göndərilən silahlı qruplar peyda
olmuşdu. Belə bir şəraitdə SSRİ
Ali Sovetinin Rəyasət Heyətinin qərarı
ilə yaradılan Xüsusi
İdarəetmə Komitəsinin (XİK, 12 yanvar
- 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələnib.
Erməni diasporu
münaqişənin dinamikasına təsir
etməklə yanaşı, fəaliyyət göstərdikləri ölkələrdə təbliğat
işi aparır və müxtəlif dövlətləri münaqişəni öz maraqlarına uyğun həllinə yönəltməyə çalışırdı. Təsadüfi deyil
ki, 1989-cu il iyulun 19-da ABŞ
Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun
olaraq, Dağlıq Qarabağa
dair mübahisənin sülh
yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul edib. 1989-cu il noyabrın 19-da ABŞ Senatı
“Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ
ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin əhalisinin baxışlarını
əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edib. SSRİ-də yeni yaranmaqda olan “hüquq müdafiə hərəkatı”, xüsusən
“Memorial” təşkilatı Ermənistanın ərazi iddialarını birmənalı
şəkildə müdafiə edib.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti
“Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul
edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil
edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputat- larının seçkisi
keçirilib.
Ermənistan SSR Ali Sovetinin qərarları münaqişənin təcavüzkar mahiyyətini açıq-aydın ortaya
qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar
tərəfindən deyil, həm də Ermənistanın dövlət strukturları tərəfindən irəli sürülürdü.
Ermənistan nəyin
bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini qopartmaq istəyirdi.
1990-cı ilin may ayında
Ermənistanda keçirilən parlament
seçkilərində Erməni Ümummilli Hərəkatı qalib gəlib.
Mahiyyət etibarilə Ermənistanda müharibəni təbliğ edən ifrat millətçi
və şovinist qüvvələr
hakimiyyətə yiyələniblər. Bu
isə
onların təcavüzkar müharibəyə başlanması prosesini daha da sürətləndirib. Yerevan bütün
səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldib. SSRİ dağılan
zaman Azərbaycan ordu yaratmağa hazırlaşanda, Ermənistan artıq təlim keçmiş
ordu biləşmələrinə sahib idi. Ermənistan münaqişənin ilk vaxtlarında hərbi üstünlüyə malik olub və problemi öz müharibə məqsədlərinə uyğun olaraq güc yolu ilə həll etməyə üstünlük verib.
Ona görə də
danışıqlar prosesinə heç vaxt ciddi
yanaşmayıb və danışıqlardan yalnız beynəlxalq ictimai
rəydə görüntü yaratmaq məqsədi ilə yararlanıb.
İstər münaqişənin müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı
dövrdə Azərbaycanın mövqeyi
SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı idi. Lakin o dövrdə Azərbaycan siyasi elitasının durumu,
siyasi liderin olmaması
vəziyyəti daha da dramatikləşdirirdi. Proseslərin gedişini fəal təhlil
etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt iradəsinin, prinsipial mövqeyinin dayanmalı olduğunu
başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət
xadimi Heydər Əliyev
bu dövrdə məcburi
istefada idi. Onun respublikada olmaması
münaqişənin ermənilərin istəyinə
uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərib.
1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və bunun nəticəsində dinc əhalinin qətlə
yetirilməsindən sonra Kreml və şəxsən prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü.
Bakıdan sonra sovet
qoşunları Neftçala və
Lənkəranda mülki
şəxsləri güllələdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər
öldürüldü. Azərbaycan xalqının SSRİ-yə münasibətinin tamamilə dəyişməsində və öz milli
müstəqillik ideyalarının reallaşdırılmasında 20 Yanvar
qırğını mühüm rol oynayıb. Azərbaycanın kommunist
rəhbərləri xalqın milli
şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, Heydər Əliyev
yanvarın 21-də Moskvada bəyanatla çıxış edərək,
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürüdülən qərəzli siyasətinə kəskin etirazını bildirib.
SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV
üzrə Respublika Təşkilat
Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi. Çünki həmin Komitə özünü qoruyub
saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Ümumittifaq dövlətçiliyini qəti şəkildə
dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu Komitənin
fəaliyyəti əhəmiyyətsiz oldu. Yaranmış yeni
siyasi reallıq SSRİ
hakimiyyətinin nominal olduğunu və onun sonunun
çatdığını göstərirdi.
1991-ci il sentyabrın 2-də
DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd)
rayonu hüdudlarında qondarma
“Dağlıq Qarabağ Respublikası” (“DQR”)
elan edildi, dekabrın
10-da isə “referendum” keçirildi. Ermənistan, SSRİ-nin
dağılması perspektivini nəzərə alaraq, guya özünü
münaqişə tərəfi kimi qələmə verməmək
üçün strategiyasını dəyişib
belə bir plan cızmışdı. Buna cavab tədbiri
kimi, 1991-ci il noyabrın 23-də
Azərbaycan Respublikasının Ali Soveti Dağlıq
Qarabağın muxtariyyət statusunu ləğv edib.
Bu vaxta qədər açıq
ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı
müharibə elan etmədən
hərbi əməliyyatlara başlayıb. Bununla
da, münaqişə yeni “qaynar mərhələ”yə keçib.
Hərbi kampaniya
dövründə erməni ordusu hərbi və mülki şəxslər
arasında heç bir fərq qoymadan
işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar həm etnik təmizləməyə, həm də əsl soyqırımına məruz qalıblar.
Ermənistan silahlı
qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip
və normalarına zidd olaraq, mülki
əhalini
məqsədyönlü şəkildə
əsas hədəf kimi
seçib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli
kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız
şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq
Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki-bioloji cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini
qırıb regionu onlardan
təmizləmək məqsədi güdürdü.
Ermənistanın hərbi
təcavüzü, eyni zamanda,
Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi
böhran, dövlət institutlarının iflic olması ölkəni
faktiki “olum, ya ölüm” seçimi qarşısında qoyub. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük
oğlu, təcrübəli dövlət
xadimi Heydər Əliyevdə
görüb və ölkənin
gələcək taleyini
ona
etibar edib.
1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb
şərait hökm sürürdü.
O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həllində
kompleks yanaşma, mühüm
daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən
formalaşdırılması və onların
səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası
və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin
edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə
olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb
şərait hökm sürürdü.
O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həllində
kompleks yanaşma, mühüm
daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən
formalaşdırılması və onların
səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası
və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin
edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə
olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi.
1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi
– Xankəndi şəhəri,
Xocalı, Şuşa, Laçın,
Xocavənd, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonları, həmçinin Tərtər
rayonunun 13, Qazax
rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal
olunmuşdu.
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq
azərbaycanlı məcburi köçkün
vəziyyətinə düşüb, 20 min nəfər
hərbi əməliyyatlar dövründə
həlak olub, 50 min nəfər
əlil olub.
Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların
arasında 67 uşaq, 265 qadın,
326 qoca olub. Bu şəxslərin aqibəti
barədə hələ də məlumat yoxdur. İki mindən
çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.
1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb,
855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye
və kənd təsərrüfatı müəssisəsi, 160 körpü
və digər infrastruktur obyektləri dağıdılıb.
Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən
münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər
qəbul olunub.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi
çıxış edən BMT Təhlükəsizlik Şurası
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü
ildə – 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin
hüquqi çərçivəsini müəyyən
edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc
tətbiqi vasitəsilə ərazi
iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha
təsdiq edilib və
işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.
Azərbaycan ərazilərini işğal etmək məqsədilə
həyata keçirilən hərbi əməliyyatlar hüquqi
müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa
iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq
Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini
sübut edir. Avropa
İnsan Hüquqları Məhkəməsi
2015-ci il iyunun
16-da “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş
Dağlıq Qarabağ və
ətraf rayonlarda “effektiv nəzarətə” malik olduğunu vurğulayır. Bundan başqa,
1995-ci ildə MDB-nin
üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün
və sabitliyin qorunub
saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırıb. Həmin bəndlərdə deyilirdi
ki, “Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin
hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar, həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri
dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə, hərbi
və başqa kömək göstərməməyi öhdələrinə götürürlər”. Bütün bu və digər çoxsaylı faktlar bir daha sübut edir ki, Azərbaycana qarşı hərbi təcavüz
aktı törədilib və onun mövcudluğunu inkar etmək mümkün deyil.
Təcavüz - beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozan,
gücdən qeyri-qanuni istifadənin ən ağır forması olan beynəlxalq cinayətdir. Buna qarşı ciddi reaksiya verilməli
və müvafiq tədbirlər
görülməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri mütləq şəkildə
icra edilməli və Azərbaycan xalqına
qarşı ədalətsizliyə son qoyulmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bununla əlaqədar dəfələrlə bəyan edib ki,
“Sərhədləri bütün dünya tərəfindən tanınmış
suveren dövlətin ərazisinin işğal edilməsinə dünya
ictimaiyyəti lazımınca diqqət
yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.
BMT Baş Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə
bağlı 2006-cı il sentyabrın 7-də
qəbul etdiyi “Azərbaycanın işğal
olunmuş ərazilərində vəziyyət”
adlı qətnaməsində işğal
edilmiş ərazilərdə ermənilər tərəfindən törədilən yanğınlar pislənilib. Baş Assambleyanın 2008-ci
il martın 14-də
qəbul etdiyi eyniadlı
növbəti qətnamə münaqişənin hüquqi, siyasi
və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş
ərazilərdən məcburi köçkün
düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə
formasına malik ərazidə
birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır.
Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə
edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq,
Azərbaycanın hərbi təcavüzə
məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi
şəhərində keçirilən 21-ci iclasında qəbul
edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün
ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə,
ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə,
qəbul olunmuş dörd qətnamənin icrasını
tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının
mövcudluğunu tanımağa çağırır.
2016-cı ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan,
Malayziya, Mərakeş, Cibuti, Qambiya.
Avropa İttifaqı
1993-cü ildən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırıb.
Təşkilatın öz tərəfdaşları ilə münasibətləri qeyd edilən prinsiplər üzərində qurması bir daha onu göstərir ki, fundamental hüquqi
prinsiplərə riayət edilmədən beynəlxalq münasibətlərin tənzimlənməsi mümkün deyil. Şərq
Tərəfdaşlığı çərçivəsində qəbul edilən sənədlər
və bəyanatlar bunun
bariz nümunəsidir. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu
nümayiş etdirib.
Avropa Şurasının fəaliyyətinin əsasən siyasi
və hüquqi islahatlar sahəsini əhatə etməsinə baxmayaraq, vaxtaşırı Avropada, o cümlədən Cənubi
Qafqazda cərəyan edən münaqişələrlə bağlı mövqeyini ifadə edib. İlk olaraq, qaçqın
və məcburi köçkünlərin yaşayış şəraitinin ağırlığını
nəzərə alaraq, Avropa Şurasının Parlament
Assambleyası (AŞPA) müxtəlif hesabatlar hazırlayıb, onların heç bir şərt olmadan qayıdışının təmin olunmasına çağırıb
və üzv dövlətlərin bu humanitar faciəyə həssas yanaşmalarına çalışıb. AŞPA münaqişənin ATƏT-in vasitəçiliyi ilə Helsinki Yekun Aktı
və Paris Xartiyasının prinsipləri əsasında siyasi həllinin tərəfdarı olub. Qurumun 1997-ci il aprelin 22-də qəbul etdiyi
“Cənubi Qafqazda münaqişələr haqqında” 1119 nömrəli
qətnaməsi münaqişənin həllinin aşağıdakı əsaslarını təyin edir: sərhədlərin toxunulmazlığı, tərəflər arasında
danışıqlar yolu ilə razılaşdırılan Dağlıq
Qarabağ üçün geniş muxtariyyət statusunun verilməsi, qaçqın
və məcburi köçkünlərin qayıtmaq hüququ, bütün
xalqların təhlükəsizlik təminatı, o cümlədən
sülhün qorunmasını təmin edən çoxmilli
qüvvələrin yerləşdirilməsi. AŞPA münaqişələrin həllini etnik
qruplara öz xüsusiyyətlərini ifadə etməyə şərait
yaradan muxtariyyət statusunun verilməsində görür. Etnik qruplar öz hüquqlarından tam bəhrələnməli və dövlətin ərazi bütövlüyünə xələl gətirməməlidirlər. AŞPA 2005-ci
il yanvarın 25-də qəbul
etdiyi 1416 nömrəli “ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ
münaqişəsi haqqında” qətnamədə Azərbaycan ərazilərinin işğal faktını təsdiqləyib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlığını ifadə edib, BMT Təhlükəsizlik Şurasının
822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış
edib. Təşkilat, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq
hüququnu təsdiqləyib, üzv dövlətin ərazisinin digər üzv dövlət
tərəfindən işğal edilməsinin yolverilməzliyini vurğulayıb. Bundan başqa,
Azərbaycanın 6 rayonunun 100 min hektara
yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün 1976-cı
ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng
su anbarının işğal
nəticəsində qəzalı vəziyyətə düşməsi,
sakinlərin suvarma suyundan
məhrum olması barədə
AŞPA-nın Sosial
Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi məruzə hazırlayıb. Məruzə əsasında 2016-cı
il yanvar ayının
26-da qəbul edilən
“Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib”
adlı qətnamə erməni
qoşunlarının sözügedən bölgədən
geri çəkilməsini tələb edir, qəsdən süni ekoloji
böhranın yaradılmasını “ekoloji
təcavüz” kimi qiymətləndirir və eyni zamanda
Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal
edilməsini bir daha təsdiqləyir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
çərçivəsində qəbul olunmuş
sənədlər beynəlxalq hüququn
prinsip və normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi
bazası və mexanizmini təşkil edir. 1992-ci il yanvarın 30-31-də
Praqada keçirilən ATƏM Nazirlər
Şurasının iclasında Azərbaycan və Ermənistanın bu təşkilata üzvlüyündən sonra ATƏM münaqişə ilə yaxından maraqlanmağa başlayıb. Fevral ayında Ermənistan və Azərbaycana məruzəçilər missiyasının göndərilməsindən sonra təşkilatın Ali Məmurlar Komitəsi
qərar qəbul edərək
tərəfləri sülhə, o cümlədən atəşkəsin elan edilməsinə və qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymağa çağırıb.
1992-ci il martın 24-də
Ali Məmurlar Komitəsinin təşəbbüsü ilə ATƏM-in Nazirlər
Şurasının Helsinkidə keçirilən
əlavə görüşündə
ATƏM-in münaqişənin həlli
prosesində əsas rol oynamalı olduğu
bildirilib, Minskdə danışıqlar üçün daimi çərçivə
kimi çıxış edəcək xüsusi
konfransın çağırılması qərara
alınıb.
Təşkilatın 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında münaqişənin həlli prosesinə
təkan vermək üçün əlaqələndirilmiş fəaliyyət çərçivəsində səylərin gücləndirilməsi və sülhün qorunması
üçün çoxmillətli qüvvələrin
münaqişə bölgəsinə göndərilməsi haqqında razılığa gəlinib, həmçinin
ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk
konfransının həmsədrlərini təyin etmək tapşırılıb.
1996-cı il dekabrın 2-3-də
ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq
cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılıb və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin yekun
sənədə əlavə edilən
bəyanatında öz əksini tapıb.
ATƏT-in bütün iştirakçı
dövlətlərinin qoşulduğu həmin prinsiplər aşağıdakılardır:
1. Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə sazişi ilə müəyyən
olunmuş Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva
edən hüquqi statusu;
3. Dağlıq Qarabağ
və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət.
Lissabon sammitində sözügedən prinsiplərin təsbit
edilməsi, 1997-ci ilin əvvəllərində Minsk
qrupunda yeni həmsədrlik institutun yaradılması və Rusiya, ABŞ və Fransanın həmsədrlər təyin edilməsi danışıqlar prosesinə impuls verib.
Həmsədrlər münaqişənin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər. 1997-ci
ilin yayında hərtərəfli saziş layihəsi tərəflərə
təqdim edilib. Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistan təklifi rədd edib. 1997-ci
ilin payızında həmsədrlərin bölgəyə səfəri zamanı tərəflərə “mərhələli həll” planı təqdim
olunub. Bu plana əsasən ilk olaraq texniki
məqamlar – Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi
köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra
isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Lakin Ermənistan yenidən danışıqlar prosesində konstruktiv irəliləyişdən imtina
edib.
1998-ci ilin noyabrında həmsədrlərin “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklifi
isə Dağlıq Qarabağa Azərbaycanın daxilində
dövlət və ərazi
vahidi statusu verməklə
dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edirdi.
Azərbaycan bu təklifi
qəbul etməyib.
Bundan sonrakı illərdə keçirilmiş görüş və danışıqlarda da Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən, habelə mövcud qərarlardan boyun qaçırması nəticə etibarilə danışıqların gedişində irəliləyişin əldə olunmasına imkan verməyib.
2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həlli prinsiplərini hazırlayıb. Madrid adlanan
proses çərçivəsində təklifləri ehtiva edən Madrid
sənədinin birinci versiyası
tərəflərə təqdim olunub.
2009-cu ilin sonunda
isə
Madrid sənədinin
yenilənmiş layihəsi hazırlanıb və tərəflərə təqdim edilib. Lakin
Ermənistanın destruktiv mövqeyi
səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd
münaqişənin mərhələli şəkildə
həll edilməsini nəzərdə
tutaraq
nizamlanmanın əsas
elementləri kimi aşağıdakıları ehtiva edir: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, münaqişəyə məruz
qalmış ərazilərin, o cümlədən kommunikasiya xətlərinin bərpası,
Azərbaycanın Dağlıq Qarabağ
regionuna qayıtmış azərbaycanlı icması və
orada yaşayan
erməni icması üçün müvəqqəti statusun
verilməsi.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında
2008-ci il noyabrın
2-də Moskvada keçirilən görüşün
sonunda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Moskva Bəyannaməsi imzalanıb. Bəyannamədə münaqişənin siyasi vasitələrlə beynəlxalq hüququn normaları və prinsipləri əsasında
və bu çərçivədə qəbul edilmiş sənədlərə
və qərarlara əsasən
həll edilməsi və bunun da öz növbəsində regionda hərtərəfli əməkdaşlığa şərait yaradacağı göstərilirdi. Bəyannamənin bu hissəsi
münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının müddəaları əsasında nizamlanmasını nəzərdə
tutur. Bu da bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin labüdlüyünü təsdiq edir.
Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həll edilməsi
üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi
diqqət ayırıblar. Lakin
danışıqlar prosesində intensivliyin artdığını və
prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi
təxribatlar yolu ilə danışıqları pozmağa
çalışıb.
Belə ki, Fransanın
təşəbbüsü ilə 2014-cü
il oktyabrın 27-də prezidentlərin Paris görüşündən sonra danışıqlar masasında
olan konkret məsələləri müzakirə
etmək əvəzinə, Ermənistan Azərbaycanın işğal olunmuş
ərazilərində 40.000 nəfərdən
artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirib.
Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri
üzərində hücum xarakterli uçuşlar etməsi Ermənistan helikopterlərindən birinin vurulması
ilə nəticələnib. Bu hadisədən sonra danışıqlar prosesinin intensivliyi aşağı düşüb
və iki ölkə prezidentləri arasında
görüş 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilib.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar
konkret planlar müzakirə
olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin
2-də qoşunların təmas xətti boyunca
əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən
məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə
tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla
6 nəfər həlak
olub, 33 nəfər
isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli
cavab verib, əks-həmlə
nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin əsas səbəbi
olduğunu və münaqişənin siyasi
həllinə başlıca maneə
kimi qaldığını beynəlxalq ictimaiyyətə növbəti dəfə nümayiş etdirdi.
2016-cı il ərzində Ermənistan və Azərbaycan prezidentləri arasında Vyana və Sankt-Peterburq görüşlərində substantiv müzakirələr aparılıb, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu görüşlərdə də münaqişənin həllində irəliləyiş əldə olunmayıb.
Ermənistan siyasi
və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib.
İlk olaraq fevralın
20-də Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni “referendum” keçirilib. Lakin
bu, beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib
və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə bir
daha dəstək ifadə
olunub. İyun
və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini artırdığı, beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışları fonunda
Ermənistan qoşunların təmas
xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışıb. Ermənistan hərbi
hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub.
Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi
2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirildi, 1965-ci
il təvəllüdlü Səlminaz
Quliyeva isə ağır
yaralanıb. Ermənistanın mülki insanları və obyektləri qəsdən
hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanıb.
Beynəlxalq ictimaiyyət bir daha ardıcıl
şəkildə əmin olub ki, Ermənistan münaqişənin siyasi həllində
maraqlı deyil.
Azərbaycanın bütün
sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti
ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə
əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına
əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı
düşünür.
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bildirmişdir ki, “Bizim
ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq
müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən
müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır
olmalıdır”.
Beynəlxalq hüququn
hər bir subyektinin üzərinə götürdüyü
öhdəliklər ərazi bütövlüyü
və sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət edilməsindən başlayır. Hazırda dünya
birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev açıq bəyan
edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu
deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən
bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt
olmayacaq”.
Beynəlxalq hüququn
norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və Helsinki Yekun Aktının
prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin
siyasi-hüquqi əsasları formalaşıb və beynəlxalq birlik
tərəfindən qəbul edilib.
Bu, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi
bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi
köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma
torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə
birgəyaşayışını nəzərdə tutur. Bu yanaşma tərəflər
arasında münasibətlərin normal axara düşməsinə
və sülhə nail olunmasına imkan verən əsas çərçivədir.
ƏLAVƏ №1
ƏLAVƏ №2
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşlərin xronikası:
3 iYUN -
Kislovodsk (regionda munaqi§a
va problemlarin muzakirasi ila bagll Azarbaycan, Rusiya, Gurcustan
1996-CI IL -
-- 12 MAY
Ma§had (Ma§had-Saraxs-Tacan damir yolunun
ac;:ill§ marasimi)
va Ermanistan diivlat
ba§c;:ilanrnn giirli§Li)
2 DEKABR -
Lissabon (AT8T-in
sammiti)
- 25 OKTYABR
Moskva (Qara Deniz iqtisadi
8makda§llq Ta§kilatina Lizv iilkalarin diivlat ba§c;:ilannm giirli§Li)
1997-Ci iL 4
28 APREL
-
istanbul (Qara Deniz iqtisadi
22
OKTYABR -
Ki§inyov (MDB uzvu olan iilkalarin diivlat ba§c;:ilanrnn giirli§Li)
1 APREL
Moskva (MDB uzvu olan iilkalarin diivlat ba§c;:ilanrnn giirli§Li)
16 iYUL
Genevra (i§glizar safer)
10
SENTYABR
Yalta ("Baltik-Qara daniz amakda§llg1: XXI asr Avropa
inteqrasiyas1na dogru ay1nc1 xatlarsiz" miivzusunda beynalxalq konfrans)
-
-
1998-Ci iL O
-
1999-CU iL 4
-
-
-
28 MART
Moskva (MDB Lizvu olan iilkalarin diivlat ba§c;:1lannm giirli§Li)
10 OKTYABR
Strasburq (Avropa
$urasmm sammiti)
28 APREL
Moskva (MDB Lizvu olan iilkalarin diivlat ba§c;:1lannm giirli§Li)
26 APREL
Va§inqton (NATO-nun 50 illik yubileyina hasr olunmu§ sammit)
22 AVQUST
Genevra (i§glizar safer)
11 OKTYABR
Sadarak rayonu (Naxc;:1van MR)
18
NOYABR
istanbul (AT8T-in sammiti)
28
YANVAR
Davos (Omumdunya iqtisadi
Forumu)
2000-Ci
iL t
- 24 YANVAR
Moskva (MDB Lizvu
olan iilkalarin diivlat ba§c;:llanrnn giirli§Li)
28
YANVAR
Yalta (MOB i.izvi.i olan iilkalarin diivlat ba§vilanrnn giiri.i§i.i)
18
AVQUST
Yalta (MOB i.izvi.i
olan iilkalarin diivlat ba§vilanrnn giiri.i§i.i)
2000-CI IL 4 t
24 YANVAR
Moskva (MOB i.izvi.i
olan iilkalarin diivlat ba§ilanrnn giiri.i§i.i)
20
iYUN
Moskva (MOB i.izvi.i
olan iilkalarin diivlat ba§vilannm giiri.i§i.i)
7
SENTYABR
Nyu-York (BMT - minilliyin sammiti)
30 NOYABR
Minsk (MOB i.izvi.i
olan iilkalarin diivlat ba§vilanmn giiri.i§i.i)
26
YANVAR
Paris (Fransa Prezidentinin vasitaviliyi ila)
3 APREL
Ki-Uest (AB$-in vasitaviliyi ila)
1
AVQUST
Sovi (MOB i.izvi.i
olan iilkalarin diivlat ba§vilanrnn giiri.i§i.i)
25 YANVAR
Strasburq (Azarbaycan va Ermanistamn Avropa $urasma qabul olunmas1 marasimi)
4 MART
Paris (Fransa Prezidentinin vasitaviliyi ila)
31 MAY
Minsk (MOB i.izvi.i olan iilkalarin diivlat ba§vilannm giiri.i§i.i)
30 NOYABR
Moskva (MOB i.izvi.i
olan iilkalarin diivlat ba§vilannm
giiri.i§i.i)
2002-CI IL 4 t
6 OKTYABR-· -----
Ki§inyov (MOB uzvu olan i:ilkalarin di:ivlat
ba§Gllanrnn gi:iru§U)
1--------e- 14 AVQUST
Sadarak rayonu (NaxG1van
MR)
1--------e- 21 NOYABR
Praqa
(NATO Tarafda§llq $urasmm sammiti
2003-CO iL 1 t
i--------- 28 YANVAR
Kiyev (MOB uzvu olan i:ilkalarin di:ivlat ba§Gllannm gi:iru§u)
11 DEKABR · -------l
Genevra (informasiya camiyyati
uzra dunya sammiti)
•• 2004-CO iL
28 APREL-- -----
Var§ava (Avropa iqtisadi
sammiti)
i---------- 15 SENTYABR
Astana (MOB uzvu olan i:ilkalarin di:ivlat ba§Gllanrnn gi:iru§u)
2005-Ci iL 4 •
i---------- 15 MAY
Var§ava (Avropa $urasmm sammiti)
27 AVQUST ------
Kazan (MOB uzvu olan i:ilkalarin di:ivlat ba§Gllanrnn gi:iru§Li)
2006-CI IL •
4 iYUN --
Buxarest ("Dialoq va tarafda l1q namina" Qara daniz forumu)
- 10-11 FEVRAL
Rambuye (AT8T-in Minsk qrupu hamsadrlar inin itirak1
ila)
- 28 NOYABR
Minsk (MOB uzvu olan iilkalarin diivlat bai;;1lannin giiruu)
2007-Ci iL 0
9 iYUN
Sankt-Peterburq (MOB uzvu olan iilkalarin
diivlat bai;;1lannin giiruu)
2008-Ci iL ••
2 NOYABR -
Moskva ("Mayn Dorf"
iqamatgahinda Rusiya Federasiyas1rnn Prezidentinin vasitai;;iliyi ila)
6 iYUN
Sankt-Peterburq (MOB uzvu olan iilkalarin diivlat bai;;1lannin giiruu)
o 2009-CU iL
28 YANVAR
Surix (iguzar safar)
7 MAY
Praqa ("Canub dahlizi-Yeni
ipak Yalu" sammiti)
4 iYUN
Sankt-Peterburq (Rusiya Federasiyasinin Prezidentinin vasitai;;iliyi ila)
2009-CU IL 4 t
8 OKTYABR-· -----
Ki§ineu (MOB uzvu olan i:ilkalarin
di:ivlat ba§ilanrnn gi:iru§U)
1---------e- 17-18 iYUL
Moskva (Rusiya
Federasiyasmm Prezidentinin vasita iliyi ila)
1---------e- 22 NOYABR
Munxen
(i§guzar safer)
2010-CU iL 1 t
i--------- 25 YANVAR
Soi (Rusiya Federasiyasmm Prezidentinin vasita iliyi ila)
17 iYUN•· -------l
Sankt-Peterburq (Rusiya
Federasiyas1rnn Prezidentinin vasita iliyi ila)
i--------- 27 OKTYABR
Ha§tarxan (Rusiya Federasiyas1rnn Prezidentinin
vasita iliyi ila)
o 2011-Ci iL
5 MART-- -----
Soi (Rusiya Federasiyas1rnn Prezidentinin vasita iliyi ila)
1--------- 24 iYUN
Kazan (Rusiya Federasiyasmm Prezidentinin vasita iliyi
ila)
2012-Ci iL o
1---------e- 23 YANVAR
Soi (Rusiya Federasiyasmm Prezidentinin vasita iliyi ila)
2013-CU IL o
19 NOYABR 1
Vyana (i§gi.izar safer)
2014-CO iL o
i------ ---- 10 AVQUST
Soi;;i (Rusiya
Federasiyasinin Prezidentinin vasitai;;iliyi ila)
4 SENTYABR 1
Nyuport (AB Diivlat katibinin vasitai;;iliyi ila)
i------ ---- 27 OKTYABR
Paris (Fransa Prezidentinin vasitai;;iliyi ila)
4 . 2015-Ci iL
19 DEKABR----------------------------- 1
Bern (AT8T-in Minsk qrupunun hamsadrlarinin ta§abbi.isi.i ila)
4 • 2016-CI iL
16 MAY----------------------------------- 1
Vyana (AT8T-in Minsk qrupunun hamsadrlarinin ta§abbi.isi.i ila)
i------ ---- 20 iYUN
Sankt-Peterburq (Rusiya Federasiyasinin Prezidentinin vasitai;;iliyi ila)
2017-Ci iL o
1----------4- 16 OKTYABR